...

Rusiya FHN İrkutskda itən vertolyotun qəzaya uğradığını təsdiq edib (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 6 May 2013 16:51 (UTC +04:00)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 15:52-də yayılıb)

Azərbaycan, Bakı, 6 may /Trend/

Rusiyanın İrkutsk vilayətində bazar ertəsi itən "Mi-8" vertolyotu dağılmış vəziyyətdə tapılıb. Trend RİA Novosti-yə istinadən məlumat verir ki, bu barədə Rusiya FHN-in rəsmi nümayəndəsi İrina Rossius bildirib.

"Mi-8" vertolyotu dağıntı əlamətləri ilə Preobrajenka yaşayış məntəqəsindən 7 kilometr məsafədə aşkarlanıb", - o bildirib.

Göyərtədə olan 10 nəfərin taleyi barədə hələlik rəsmi məlumat verilmir.

Eyni zamanda, daha əvvəl güc strukturlarındakı mənbə bildirib ki, göyərtədə olan mütəxəssislər arasında FHN-in İrkutsk vilayəti Baş İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Stanislav Omelyançik də olub.

"Anqara" aviaşirkətinə məxsus vertolyotun göyərtəsində şimal çaylarında buzları dağıtmaq üçün nəzərdə tutulan bir neçə ton partlayıcı maddə də olub", - mənbə bildirib.

Bundan əvvəl FHN məlumat yaymışdı ki, Rusiyanın İrkutsk vilayətində göyərtəsində 10 nəfər olan "Mi-8" vertolyotu təyin edilmiş vaxtda rabitə əlaqəsi yaratmayıb.

"Bu gün Moskva vaxtı ilə saat 12:54-də İrkutsk vilayətinin Katanq rayonunun Preobrajenko yaşayış məntəqəsində "Anqara" aviaşirkətinə məxsus "Mi-8" vertolyotu təyin edilmiş vaxtda rabitə əlaqəsi yaratmayıb. Vertolyot daşqın vəziyyətinin monitorinqində iştirak edirdi. İlkin məlumata görə, vertolyotun göyərtəsində 10 nəfər olub", - məlumatda qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti