Azərbaycan, Bakı, 14 may /Trend müxbir İ.İzzət/
Səbail rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralananlar var.
Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, mayın 14-də saat 03.50 radələrində Səbail rayonu Neftçilər prospektində Bakı şəhər sakini Elşən Əhmədturun idarə etdiyi "Prado" və Bakı şəhər sakini Ruslan Yusufovun idarə etdiyi "Man" markalı avtomaşınlar toqquşub.
Nəticədə E.Əhmədtur və sərnişini Samirə Niftalıyeva hadisə yerində ölüb, xəsarət almış R.Yusufov isə xəstəxanaya yerləşdirilib.
Faktla əlaqədar Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.