...

Livanda fələstinli qaçqınların düşərgəsində silahlı qarşıdurma başlayıb

Hadisə Materials 19 May 2013 04:59 (UTC +04:00)
Bu gecə Livanın cənubunda fələstinli qaçqınların iri düşərgəsi "Ayn əl-Həlva"da "Fəth" hərəkatının və "Cunud əş-Şam" islamçı qruplaşmasının nümayəndələri arasında odlu silah və qumbaratanların tətbiqi ilə qarşıdırma baş verib.
Livanda fələstinli qaçqınların düşərgəsində silahlı qarşıdurma başlayıb

Azərbaycan, Bakı, 19 may /Trend/

Bu gecə Livanın cənubunda fələstinli qaçqınların iri düşərgəsi "Ayn əl-Həlva"da "Fəth" hərəkatının və "Cunud əş-Şam" islamçı qruplaşmasının nümayəndələri arasında odlu silah və qumbaratanların tətbiqi ilə qarşıdırma başlayıb.

Trend-in məlumatına görə, bu barədə RİA Novosti qaçqın düşərgəsindəki mənbəyə istinadən xəbər verir.

Mənbənin sözlərinə görə, hadisə nəticəsində ölənlərdən biri "Fəth" hərəkatının nümayəndəsi olub, bir neçə nəfər xəsarət alıb.

Qeyd edək ki, "Fəth" hərəkatı fələstinli qaçqınların Livandakı düşərgəsinə nəzarət edir. Fələstin Milli Administrasiyasının Livan qarşısında götürdüyü öhdəliyə əsasən, düşərgə ərazisində fəaliyyət göstərən Fələstin qruplaşmaları Livanın daxili işlərinə qarışmamalı və Livana hər hansı siyasi təzyiq göstərməməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti