Azərbaycan, Bakı, 24 may /Trend, müxbir İ.İzzət/
Nərimanov rayon sakini özünü yaşadığı evin 9-cü mərtəbəsindən ataraq intihar edib.
Nərimanov Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, bu gün səhər saat 07:00 radələrində 1951-ci il təvəllüdlü Həsənova Lena Lütfəli qızı özünü Nərimanov rayonu Qarabağ küçəsi, 8 saylı evin 9-cü mərtəbəsində yerləşən mənzildən ataraq intihar edib.
Faktla bağlı araşdırma aparılır.