...

Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas olunub

Hadisə Materials 26 May 2013 09:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 may /Trend/

Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas olunub.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı bulvarın ərazisində, 1993-cü il təvəllüdlü bir nəfər dənizdə batma təhlükəsi ilə üzləşib. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaş Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti