...

Qusarda avtomobil ağaca çırpılıb, yaralı var

Hadisə Materials 1 İyun 2013 22:20 (UTC +04:00)
Qusar rayonu, İmamqulu kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.
Qusarda avtomobil ağaca çırpılıb, yaralı var

Azərbaycan, Bakı, 1 iyun /Trend/

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Qusar rayonu, İmamqulu kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Hadisə zamanı avtomobilin sürücüsü xəsarət alaraq nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Yanğınsöndürən xilasedicilər tərəfindən xüsusi alət və avadanlıqlar istifadə olunmaqla yaralı avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti