...

Türkiyədə hərbçilər arasında kütləvi dava baş verib

Hadisə Materials 6 İyun 2013 12:49 (UTC +04:00)
Türkiyənin Manisa vilayətində kazarmada hərbçilər arasında kütləvi dava baş verib.
Türkiyədə hərbçilər arasında kütləvi dava baş verib

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir R. Hafizoğlu/

Türkiyənin Manisa vilayətində kazarmada hərbçilər arasında kütləvi dava baş verib. Bu barədə Trend cümə axşamı "Yenişafak" qəzetinə istinadən məlumat verir.

Məlumata görə, dava nəticəsində 6 hərbçi xəsarət alıb, onlardan birinin vəziyyəti ağırdır.

İnsidentdən sonra bəzi hərbçilər hərbi hissəni tərk etmək istəyiblər, lakin yerli polis onları dayandırıb.

Kütləvi davanın səbəbləri müəyyənləşdirilir, fakt üzrə cinayət işi qaldırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti