Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir İ.İzzət/
Göygöl rayonunun Qızılca kənd sakini elektrik cərəyanı vurması nəticəsində ölüb.
Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, iyunun 5-də Göygöl rayonunun Qızılca kənd sakini Aqil Nəbiyev həytindəki ağacda gilas yığarkən ölüb.
O, ağacın budaqları arasından keçən elektrik xəttinə toxunarkən elektrik cərəyanı vurması nəticəsində ölüb.