...

Ağstafada Qazax sakini qaçırdığı maşınla ağır yol qəzası törətdi: 2 ölü, 3 yaralı

Hadisə Materials 8 İyun 2013 12:49 (UTC +04:00)
Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, iyunun 8-də saat 01:00 radələrində Ağstafa rayonu ərazisində Yuxarı Göycəli kənd sakini Rafiz Əmiraslanovun idarə etdiyi "VAZ-2107" markalı və Qazax rayon sakini Tural Nəsibovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşub.
Ağstafada Qazax sakini qaçırdığı maşınla ağır yol qəzası törətdi: 2 ölü, 3 yaralı

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir İ.İsabalayeva/

Ağstafada Qazax sakini qaçırdığı maşınla ağır yol qəzası törədib.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, iyunun 8-də saat 01:00 radələrində Ağstafa rayonu ərazisində Yuxarı Göycəli kənd sakini Rafiz Əmiraslanovun idarə etdiyi "VAZ-2107" markalı və Qazax rayon sakini Tural Nəsibovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşub. Nəticədə R.Əmiraslanov hadisə yerində ölüb, xəsarət almış sərnişinləri, oğlu Fərid və Ağstafa rayon sakini Anar Abbasov, habelə T.Nəsibov və sərnişini, Qazax rayon sakini Qiyas Sarıyev isə xəstəxanaya yerləşdiriliblər. T.Nəsibov orada ölüb.

Aparılmış araşdırmalar zamanı T.Nəsibovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşının Qazax rayon sakini Səməndər Alıyevə məxsus olması və onun tərəfindən iyunun 8-də Qazax rayonu ərazisindən qaçırılması müəyyən edilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti