...

Gəncədə kombaynla avtomobil toqquşub

Hadisə Materials 8 İyun 2013 20:29 (UTC +04:00)
Gəncədə kombaynla “VAZ-21 07” toqquşub.
Gəncədə kombaynla avtomobil toqquşub

Azərbaycan, Bakı, 8 iyun /Trend/

Gəncədə kombaynla "VAZ-21 07" toqquşub.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, Gəncədə yol qəzası baş verib. Hadisə saat 18:30 radələrində Bakı-Qazax avtomagistralının Gəncədən keçən hissəsində qeydə alınıb.

Kamandar Tağıyevin idarə etdiyi kombaynla İlqar Kamilovun idarə etdiyi "VAZ-21 07" markalı avtomobil toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da, "VAZ-2107" tamamilə yararsız hala düşüb.

Qəzaya ilkin səbəb kimi sürücü İlqar Kamilovun ehtiyatsızlığı göstərilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi tərəfindən araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti