...

Gəncədə naməlum kişi meyiti tapılıb

Hadisə Materials 26 İyun 2013 13:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 iyun /Trend, müxbir İ.İzzət/

Gəncədə naməlum kişi meyiti tapılıb.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, dünən gecə saat 22:00 radələrində Atatürk prospekti "Sərxan" marketinin yaxınlığında naməlum kişi meyiti tapılıb. Mərhumun əynində göy cizgili köynək və qara şalvar olub. Ölən şəxsin 40-45 yaşda olduğu guman edilir.

Cəsəd aşkar edilən zaman üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. İlkin ehtimala görə, mərhumun ölümünə ürək çatışmazlığı səbəb olub. Şahidlərin bildirdiyinə görə, mərhum qəfil yıxılaraq, vəfat edib.

Faktla bağlı müvafiq orqanlar tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti