Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir İ.İzzət/
Sumqayıtda iki gəncin mübahisəsi ölümlə nəticələnib.
Sumqayıt şəhər Prokurorluğundan Trend-ə verilən məlumata görə, Sumqayıt şəhər sakini 1989-cu il təvəllüdlü Yaqub Bayramov iyulun 8-də gecə saat 02:00-də aralarında baş verən mübahisə zamanı bıçaqla həmyerlisi 1993-cü il təvəllüdlü Pərviz Əlizadəni döş qəfəsindən 3 dəfə vuraraq qəsdən öldürüb.
Hadisə Sumqayıtda 3-cü mikrorayon ərazisində Sülh küçəsi, 20/33 binanın arxasında baş verib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.