...

Minik avtomobili traktorla toqquşub: 2 nəfər xəsarət alıb

Hadisə Materials 14 İyul 2013 10:47 (UTC +04:00)
Qax-Səki yolunda qəza baş verib. Trend Kanal S-ə istinadən xəbər verir ki, minik avtomobili traktorla toqquşub. Yararsız vəziyyətə düşən avtomobildə olan 3 nəfərdən 2 nəfəri xəsarət alıb. Qəza hadisəsi Qax-Şəki yolunun 8-ci kilometrliyində Qaşqaçay kəndi ərazisindən keçən hissəsində baş verib.
Minik avtomobili traktorla toqquşub: 2 nəfər xəsarət alıb

Azərbaycan, Bakı,14 iyul /Trend/

Qax-Səki yolunda qəza baş verib. Trend Kanal S-ə istinadən xəbər verir ki, minik avtomobili traktorla toqquşub. Yararsız vəziyyətə düşən avtomobildə olan 3 nəfərdən 2 nəfəri xəsarət alıb. Qəza hadisəsi Qax-Şəki yolunun 8-ci kilometrliyində Qaşqaçay kəndi ərazisindən keçən hissəsində baş verib.

1988-ci il təvəllüdlü Balakən rayon sakini Cəbrayılov Rəşad Zümrad oğlu idarə etdiyi 90-RH-804 dövlət nömrə nişanlı Mersedes-Benz markalı avtomobili ilə Qax rayonu istiqamətində hərəkətdə olarkən yolun kənarında dayanmış 1987-ci il təvəllüdlü Qax rayon sakini Vahidov İlkin İlyas oğluna məxsus traktorun arxa hissəsindən vurub. Zərbənin gücündən traktor aşıb və arxa təkəri qoparaq metrlərlə uzağa düşüb.

Mersedes də zərbədən sonra yolun əks istiqamətində dayana bilib. Avtomobil yararsız vəziyyətə düşüb. Qəza zamanı minik avtomobilinin sürücüsü heç bir xəsarət almasa da, avtomobildə olan sərnişinlər 1964-cü il təvəllüdlü Balakən rayon sakini Şıxıyeva Ulduz Şiraslan qızı və 1988-ci il təvəllüdlü Balakən rayon sakini Motuxova Elnarə Soltan qızı bədən xəsarətləri ilə Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, Ulduz Şıxıyevanın vəziyyəti orta ağır kimi qiymətləndirilir. Elnarə Motuxovanın vəziyyəti isə yüngüldür.

Hadisəyə gəldikdə isə traktorun sürücüsü qəza zamanı traktoru yolun kənarında saxladığını, özünün isə kənarda dayanaraq dostu ilə söhbət etdiyini bildirir. Qəzanın baş vermə səbəbləri hələki bilinmir.

Hadisəsi ilə bağlı Qax rayon polis şöbəsində araşdırmalara başlanılıb.

Qəzanın hansı səbəblərdən baş verməsi aparılacaq araşdırmalardan sonra bəlli olacaq.

Qeyd edək ki, bu, son 5 gün ərzində Qax rayonunda baş verən sayca 3-cü qəzadır.

Xəbər lenti

Xəbər lenti