...

Bakıda avtomobillər yol kənarındakı işıq dirəklərinə çırpıldı (VİDEO)

Hadisə Materials 15 İyul 2013 12:54 (UTC +04:00)
Bakıda gecə vaxtı baş verən bir neçə yol qəzası zamanı avtomobillər yol kənarındakı işıq dirəklərinə çırpılıb.
Bakıda avtomobillər yol kənarındakı işıq dirəklərinə çırpıldı (VİDEO)

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir İ.İzzət/

Bakıda gecə vaxtı baş verən bir neçə yol qəzası zamanı avtomobillər yol kənarındakı işıq dirəklərinə çırpılıb.

Trend xəbər verir ki, gecə saatlarında paytaxtda baş verən yol-nəqliyyat hadisələri zamanı avtomobillərin əsas "hədəf"lərindən biri də yol kənarındakı işıq dirəkləridir.

Qeyd edək ki, bu il yanvar ayının 1-dən iyul ayının 1-ə qədər respublikada 1366 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş vermiş hadisələr nəticəsində 556 nəfər ölüb, 1452 nəfər xəsarət alıb. İlin birinci yarısı ərzində təkcə paytaxt Bakıda baş verən 490 yol-nəqliyyat hadisəsi zamanı 160 nəfər ölüb, 506 nəfər yaralanıb.

Onu da əlavə edək ki, ötən ay ərzində paytaxtın müxtəlif küçə və prospektində baş vermiş qəzalar nəticəsində 20-yə yaxın işıq dirəyi sıradan çıxıb.

Video Player
Məqalədə:
Xəbər lenti

Xəbər lenti