...

Şirvanda polis kapitanı qəza törətdi: ölən və xəsarət alan var

Hadisə Materials 23 İyul 2013 12:56 (UTC +04:00)
Şirvanda polis kaputanının iştirakı ilə vaş verən avtomobil qəzasında bir nəfər ölüb, bir nəfər xəsarət alıb.
Şirvanda polis kapitanı qəza törətdi: ölən və xəsarət alan var

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir İ.İzzət/

Şirvanda polis kapitanının iştirakı ilə vaş verən avtomobil qəzasında bir nəfər ölüb, bir nəfər xəsarət alıb.

Trend Cənub TV-yə istinadən xəbər verir ki, iyulun 22-də Şirvan şəhərində gecə saat 22.30 radələrində H.Əliyev prospektində yol-nəqliyyat hadisəsi isə qeydə alınıb. Şirvan sakini, polis kapitanı Şirəliyev Sadiq Ağasaleh oğlunun idarə etdiyi "Hyundai" markalı "90-HV-565" dövlət nömrə nişanlı avtomobil H.Əliyev prospekti ilə hərəkətdə olarkən, qarşı tərəfdən gələn Şirvan sakini 1988-ci il təvəllüdlü Səmədov Ariz Qədirağa oğlunun idarə etdiyi "VAZ-21074" markalı "90-KF-795" dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Qəza nəticəsində "VAZ"ın sürücüsü Ariz Səmədov hadisə yerindəcə dünyasını dəyişib. Avtomobildə olan sərnişin Sabirabad rayon Yaxa Dəllək kənd sakini, 1968-ci il təvəllüdlü Şahbazov İdris Saleh oğlu isə ağır xəsarət alaraq, Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin ehtimala görə, hadisənin baş verməsinə səbəb yüksək sürət və sürücünün dönmə əməliyyatını düzgün yerinə yetirməməsi olub.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti