...

İspaniyada qatar qəzasının qurbanı ən azı 56 nəfər olub

Hadisə Materials 25 İyul 2013 06:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyul /Trend/

İspaniyanın şimal-qərbində qatar qəzasının qurbanlarının sayı ən azı 56 nəfər təşkil edir. Trend RİA Novosti agentliyinə istinadən, bu barədə yerli El Pais nəşri bildirib.

Qatar Qalisiya muxtar cəmiyyətinin mərkəzi olan Santyaqo-de-Kompostela şəhərinin dəmir yolu stansiyası yaxınlığında qəzaya düşüb. Yerli KİV-in məlumatına görə, qatar sərt döngəyə girə bilməyib. Bununla belə yerli sakinlər bildiriblər ki, qəzadan əvvəl partlayış səsi eşidiblər.

Bundan əvvəl bildirilib ki, 40-45 nəfər həlak olub, təxminən 200 nəfər xəsarət alıb.

Son məlumatlara görə, ən azı 70 nəfər yaralanıb. Qəza baş verən Qalisiya regionunun başçısı, Alberto Nunyes Feyxoo qurbanların sayının ən azı 56 nəfər olmasını təsdiq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti