...

Şəkidə vətəndaşların etimadını qazanaraq pullarını mənimsəmiş fırıldaqçılar tutulub

Hadisə Materials 19 Avqust 2013 15:47 (UTC +04:00)
Bir neçə vətəndaşın etimadını qazanaraq onlardan pul almış Şəki şəhər sakinləri tutulublar.
Şəkidə vətəndaşların etimadını qazanaraq pullarını mənimsəmiş fırıldaqçılar tutulub

Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir İ.İzzət/

Bir neçə vətəndaşın etimadını qazanaraq onlardan pul almış Şəki şəhər sakinləri tutulublar.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Şəki Şəhər Rayon Payon Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakinləri, əvvəllər məhkum olunmuş Elşən Qabilov və Ramil İsgəndərov tutulublar.

Qabilov və İskəndərovun Şəki şəhər sakinləri Laçın Adamovun, Şəlalə Mustafayevanın, Dilbər Abdulkərimovanın, İlqar Salamovun və Solmaz Abbasovanın etimadlarını qazanaraq ümumilikdə onlardan 3490 manat pul almadıqları məlum olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti