Azərbaycan, Bakı, 21 avqust /Trend, müxbir İ.İzzət/
Sumqayıt şəhəri sakini qolunun damarını almazla kəsməsi nəticəsində qanaxmadan ölüb.
Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, avqustun 20-də Sumqayıt şəhəri 10-cu mikrorayonda yaşayan İsmayıl İsmayılov mənzilində qolunun damarını almazla kəsib.
Nəticədə İsmayılov qanaxmadan ölüb. İsmayıl İsmayılovun ruhi xəstə olduğu bildirilir.
Faktla bağlı cinayət işi açılıb, araşdırma açılıb.