...

Azərcell-ə məxsus stansiyasadan oğurluq edilib

Hadisə Materials 28 Avqust 2013 12:52 (UTC +04:00)
“Azərcell” MMC-nə məxsus radio-baza stansiyasından ildırım ötürücüsü naqilini oğurlamış şəxs tutulub.
Azərcell-ə məxsus stansiyasadan oğurluq edilib

Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir İ.İzzət/

"Azərcell" MMC-nə məxsus radio-baza stansiyasından ildırım ötürücüsü naqilini oğurlamış şəxs tutulub.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Ramin Paşayev tutulub.

O, avqustun 26-da "Azərcell" MMC-nə məxsus radio-baza stansiyasından 100 metr uzunluqda ildırım ötürücüsü naqilini oğurlamaqda şübhəli bilinir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti