...

Şəkidə zəncirvari qəza baş verib,iki yaralı var

Hadisə Materials 6 Sentyabr 2013 21:45 (UTC +04:00)
Trend Kanal S-ə istinadən məlumat verir ki, Şəkidə yol qəzası baş verib.
Şəkidə zəncirvari qəza baş verib,iki yaralı var

Azərbaycan, Bakı, 6 sentyabr /Trend/

Trend Kanal S-ə istinadən məlumat verir ki, Şəkidə yol qəzası baş verib.

Hadisə saat 18 radələrində Şəki-Qax avtomagistralının Aşağı Göynük kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza nəticəsində 2 nəfər xəsarət alıb.

Cunud kənd sakini Bədirov Amil Tapdıq oğlu idarə etdiyi "VAZ 2106" markalı avtomobil, Bakı şəhər Suraxanı rayon sakini İslamov Nadir Camal oğlunun idarə etdiyi "Mersedes Benz" markalı avtomobilə dəyib. "VAZ 2106" daha sonra eyni istiqamətdə hərəkət edən motorolleri arxadan vurub.

Nəticədə motorollerdə olan 2 nəfər - Aşağı Göynük kənd sakinləri -Muradov Məcid Nəzir oğlu və Rüstəmov Orxan Mahmud oğlu xəsarət alıb. Yaralılardan birinin vəziyyəti yüngül olsa da, digər xəsarət alan şəxs Muradov Məcid Şəki Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta ağır hesab olunur.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti