...

Beyləqanda avtomobil aşıb, ölən və yaralanan var

Hadisə Materials 10 Oktyabr 2013 13:08 (UTC +04:00)
Beyləqan rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralanan var.
Beyləqanda avtomobil aşıb, ölən və yaralanan var

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir İ.İzzət/

Beyləqan rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralanan var.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, oktyabrın 9-da saat 18.00 radələrində Beyləqan rayonu Kəbirli kəndinin ərazisində Ağcabədi rayon sakini Xaliq Səfərov idarə etdiyi "VAZ-21073" markalı avtomaşını aşırıb.

Hadisə nəticəsində Xaliq Səfərovun xəsarət almış sərnişinlərindən Aidə Məmmədova hadisə yerində ölüb. Digər sərnişini Güllü Qasımovaya isə xəstəxanada ilk tibbi yardım göstərildikdən sonra buraxılıb.

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti