...

Tovuzda elektrik şəbəkəsinin işçisi iş başında ölüb

Hadisə Materials 11 Oktyabr 2013 14:33 (UTC +04:00)
Tovuz rayonunda elektrik şəbəkəsinin işçisi elektrik cərəyanı vurması nəticəsində ölüb.
Tovuzda elektrik şəbəkəsinin işçisi iş başında ölüb

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir İ.İzzət/

Tovuz rayonunda elektrik şəbəkəsinin işçisi elektrik cərəyanı vurması nəticəsində ölüb.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, oktyabrın 10-da Tovuz rayonu Qandallar kəndinin ərazisində rayon elektrik şəbəkəsinin işçisi Rəhman Əliyev elektrik cərəyanı vurması nəticəsində ölüb. Hadisə Rəhman Əliyevin elektrik transformatorunda təmir işləri apararkən baş verib.

Faktla əlaqədar araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti