...

Bakıda şüşə istehsalı zavodunda yanğın olub

Hadisə Materials 15 Oktyabr 2013 06:22 (UTC +04:00)
Bu gecə Azərbaycan paytaxtında bir neçə yanğın hadisəsi qeydə alınıb.
Bakıda şüşə istehsalı zavodunda yanğın olub

Azərbaycan, Bakı, 15 oktyabr /Trend/

Bu gecə Azərbaycan paytaxtında bir neçə yanğın hadisəsi qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus şüşə istehsalı zavodunun şuşə əritmə sexində qurğunun ətrafına 6 kv.m sahəyə ərimiş şüşə maye dağılıb.

Qəzanın aradan qaldırılması üçün yanğınsöndürənlər tərəfindən qurğuda soyutma işləri aparılıb. Sex yanğından mühafizə olunub.

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 64 kv.m olan ikiotaqlı mənzilin 1 otağında ev əşyaları 6 kv.m sahədə yanıb. Yanğın zamanı yüksək temperaturdan "Samsung" markalı kondinsioner və mətbəxin lambirdən ibarət tavanı əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus "Mitsubishi" markalı sərnişin avtobusunun yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 64 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağında ev əşyaları 5 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın hər 4 halda yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti