...

Bakıda avtomobil mağazaya çırpılıb, bir nəfər yaralanıb

Hadisə Materials 29 Oktyabr 2013 01:04 (UTC +04:00)
Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Bakıda avtomobil mağazaya çırpılıb, bir nəfər yaralanıb

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Səbail rayonunda "Tofaş" markalı minik avtomobili yol kənarındakı mağazaya çırpılıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Tofaş" markalı minik avtomobilində olan bir nəfər sərnişin xəsarət alıb və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarıb və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Xəbər lenti

Xəbər lenti