...

Gəncədə iki yük maşını toqquşub, yaralı var

Hadisə Materials 7 Noyabr 2013 20:12 (UTC +04:00)
Bu gün axşam saatlarında Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Gəncədə iki yük maşını toqquşub, yaralı var

Azərbaycan, Bakı, 7 noyabr /Trend/

Bu gün axşam saatlarında Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, şəhərin Nizami və Şah İsmayil Xətai prospektlərinin kəsişməsində "KAMAZ" markalı iki yük maşını toqquşub. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya əks istiqamətdə hərəkətdə olan avtomaşınlardan birinin işıqforun qırmızı işığının tələbinə əməl etməyərək dönmə əməliyyatını yerinə yetirməsi səbəb olub. Nəticədə yük maşınlarından biri tamamilə yararsız hala düşüb. Digəri isə qismən əzilib.

İlkin məlumata görə, hadisədə sürücülərdən biri xəsarət alıb. Yaralı Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti