...

Paytaxtda gözəllik salonundan oğurluq etmiş qadın tutulub

Hadisə Materials 21 Noyabr 2013 10:15 (UTC +04:00)
Paytaxtda oğurluqdan şübhəli bilinən qadın saxlanılıb.
Paytaxtda gözəllik salonundan oğurluq etmiş qadın tutulub

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir İ.İzzət/

Paytaxtda oğurluqdan şübhəli bilinən qadın saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xətai rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi və 34-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, Bakı şəhər sakini Pərvanə Əliyeva tutulub.

Məlum olub ki, o, sentyabrın 13-də Məhəmməd Hadi küçəsində yerləşən gözəllik salonundan açıq qapıdan keçmə yolu ilə orada işləyən Yasəmən Tapdıqovaya məxsus, içərisində 900 manat olan pul kisəsini oğurlayıb.

Faktla əlaqədar cinayət işi açılıb, P.Əliyevanın digər analoji əməllər törədib-törətmədiyi araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti