...

Türkiyədə daş kömür mədənində uçqun baş verib, ölənlər var

Hadisə Materials 6 Dekabr 2013 12:02 (UTC +04:00)
Türkiyənin Zonquldağ vilayətində daş kömür mədənlərinin birində baş verən uçqun nəticəsində 4 nəfər ölüb.
Türkiyədə daş kömür mədənində uçqun baş verib, ölənlər var

Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin Zonquldağ vilayətində daş kömür mədənlərinin birində baş verən uçqun nəticəsində 4 nəfər ölüb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Anadolu" agentliyi xəbər verib.

Agentliyin məlumatında qeyd olunur ki, uçqun nəticəsində 1 işçi isə ağır yaralanıb.

Məlumata əsasən, mədənin çökməsi nəticəsində ölənlər və yaralananlar Türkiyə vətəndaşlarıdırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti