...

Gəncədə bir nəfər eyvandan yıxılaraq xəsarət alıb

Hadisə Materials 10 Yanvar 2014 23:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 yanvar /Trend/

Gəncədə bir nəfər yaşadığı binanın eyvanından yıxılıb.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, şəhər sakini - Əbülula Gəncəvi küçəsi, ev 55-də yaşayan 23 yaşlı Samir Səfərov dördüncü mərtəbədən yıxılıb.

O, dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib və reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin hansı səbəbdən baş verdiyi araşdırmalardan sonra bilinəcək.

Xəbər lenti

Xəbər lenti