Azərbaycan, Bakı, 19 yanvar /Trend/
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qax rayonu, İlisu kəndində dağlıq ərazidə 1 nəfər ovçunun qayadan yıxılaraq dərəyə düşməsi və meyitinin orada qalması barədə məlumat daxil olub. Bu barədə Trend FHN-in rəsmi saytına istinadən məlumat verir.
Ərazi relyef baxımından keçilməz olduğundan Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri, o cümlədən Aviasiya dəstəsinin 1 ədəd helikopteri həmin şəxsin axtarışlarına başlayıb.