Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir İ.İzzət/
İmişli rayonu ərazisində yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 25-də saat 01 radələrində İmişli rayonu ərazisində Yalavac kənd sakini Ağalar Əhmədov idarə etdiyi "VAZ-2107" markalı avtomobili aşırıb.
Sürücü A.Əhmədov hadisə yerində ölüb.