Azərbaycan, Bakı, 29 yanvar /Trend/
Sudanın paytaxtı Xartumda hücuma məruz qalan Rusiya konsulu və həyat yoldaşı xəstəxanadan evə buraxılıb.
Trend-in məlumatına görə, Rusiyanın Şimali Sudandakı səfirliyinin müvəqqəti işlər vəkili Yuri Vidakas İTAR-TASS-a bildirib ki, hazırda konsul Andrey Taramayev və onun həyat yoldaşının vəziyyəti qənaətbəxşdir: "Onlar evə buraxılıblar və həkim nəzarətindədirlər".
Hadisə ilə bağlı araşdırma aparılır.
İlkin məlumata görə, rusiyalılara Mərkəzi Afrika Respublikasının vətəndaşı bıçaqla hücum edib. O, "avropalılar"dan fransız hərbi qulluqçular tərəfindən öldürülən qardaşının "intiqam"ını almaq istəyib.