Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir İ.İzzət/
Bu gün Bakının Bülbülə qəsəbəsində yerləşən "Bakı Neftqazmədən Avadanlıqları Zavodu" TASC-də yanğın olub.
Trend-in məlumatına görə, hadisə səhər saatlarında baş verib. Əraziyə yanğınsöndürən maşınlar gəlib.
Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətindən Trend-ə verilən məlumata görə, yanğın zavodun ərazisində sexdə baş verib.
Yanğının qarşısı artıq alınıb. Hadisə zamanı xəsarət alan olmayıb.