...

Bakıda polis kapitanını döymüş iki nəfər tutulub

Hadisə Materials 4 Fevral 2014 13:07 (UTC +04:00)
Polis kapitanını döymüş Bakı şəhər sakinləri tutulublar.
Bakıda polis kapitanını döymüş iki nəfər tutulub

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir İ.İzzət/

Polis kapitanını döymüş Bakı şəhər sakinləri tutulublar.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Rafiq Əliyev və Bayram Abbasov tutulublar.

Onlar yanvarın 29-da polis kapitanı Şahin Dadaşovu xidmətdən kənar vaxtı münaqişə zəminində döyməkdə təqsirli bilinirlər.

Faktla bağlı cinayət işi açılıb, istintaq gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti