...

Yanğınsöndürənlərin psixoloji danışıqları nəticəsində Şabranda intihar etmək istəyən şəxsin həyatı xilas edilib

Hadisə Materials 5 Fevral 2014 14:17 (UTC +04:00)
Şabran rayon sakini intihara cəhd edib.
Yanğınsöndürənlərin psixoloji danışıqları nəticəsində Şabranda intihar etmək istəyən şəxsin həyatı xilas edilib

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir İ.İzzət/

Şabran rayon sakini intihara cəhd edib.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şabran şəhərində 1 nəfər vətəndaşın beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindən özünü atmaqla intihara cəhd etməsi barədə məlumat daxil olub.

Dərhal FHN-nin Şabran Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Aparılmış psixoloji danışıqlar nəticəsində vətəndaşın könüllü şəkildə enməsinə nail olmuşlar. Əməliyyat saat 12:40-da başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti