...

Abşeronda yol qəzası olub, 1 nəfər xəsarət alıb

Hadisə Materials 13 Fevral 2014 22:09 (UTC +04:00)
Abşeron rayonunda yol-nəqliyyat qəzası baş verib.
Abşeronda yol qəzası olub, 1 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 13 fevral /Trend/

Abşeron rayonunda yol-nəqliyyat qəzası baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, "VAZ" markalı minik avtomobili yol kənarındakı beton səkiyə çırpılıb və qəza nəticəsində 1 nəfər deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarıb və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil veriblər. Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Xəbər lenti

Xəbər lenti