...

Bakıda 21 yaşlı qadın özünü damdan atmaq istəyib

Hadisə Materials 16 Fevral 2014 17:17 (UTC +04:00)
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Qaradağ rayonunda 1 nəfər qadının intihara cəhd etməsi barədə nazirliyin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Bakıda 21 yaşlı qadın özünü damdan atmaq istəyib

Azərbaycan, Bakı, 16 fevral /Trend/

Bakıda intihara cəhdin qarşısı alınıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Qaradağ rayonunda 1 nəfər qadının intihara cəhd etməsi barədə nazirliyin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Hadisə yerinə cəlb edilmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən 1993-cü il təvəllüdlü qadının doqquzmərtəbəli binanın damına çıxaraq özünü aşağı atmaq niyyətində olduğunu müəyyən ediblər.

Xilasedicilər hüquq mühafizə orqanlarının əməkdaşları ilə birlikdə vətəndaşla müvafiq söhbətlər aparıb və bu zaman yaranmış əlverişli şəraitdən istifadə edərək intihara cəhdin qarşısını alıblar.

Qeyd edilən şəxs aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti