...

Azərbaycan Tibb Universitetinin yataqxanasında baş verən yanğın söndürülüb (Əlavə edilib)

Hadisə Materials 1 Mart 2014 10:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Tibb Universitetinin yataqxanasında baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Nəsimi rayon şöbəsindən Trend-ə verilən məlumata görə, yanğın Azərbaycan Tibb Universitetinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının binası ilə ilə üzbəüz yerləşən yataqxanasında baş verib.

Yanğın 8 mərtəbəli binanın 4-cü mərtəbəsində olub. Yanğın zamanı bir necə otağın ziyan çəkdiyi bildirilib.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, yanğın Bakı şəhəri, Nəsimi rayonunda səkkizmərtəbəli binanın 4-cü mərtəbəsində ümumi sahəsi 17 kv.m olan 1 otağının yanar konstruksiyaları 15 kv.m sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı otaqda olan 2 nəfər tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən xilas olunaraq Təcili Tibbi Yardım Xidmətinə təhvil verilmiş və binanın 3-cü, 4-cü və 5-ci mərtəbələrindən 20 nəfər təxliyyə olunub. Otağın qalan hissəsi və qonşu otaqlar yanğından mühafizə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti