...

Azərbaycanda dünən törədilmiş cinayət hadisələrinin statistikası açıqlanıb

Hadisə Materials 1 Mart 2014 13:13 (UTC +04:00)
Fevralın 28-də respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 82 cinayət faktı qeydə alınıb, onların da 28-i “isti izlər”lə açılıb.
Azərbaycanda dünən törədilmiş cinayət hadisələrinin statistikası açıqlanıb

Azərbaycan, Bakı, 1 mart /Trend/

Fevralın 28-də respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 82 cinayət faktı qeydə alınıb, onların da 28-i "isti izlər"lə açılıb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 4 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, 16 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 28 nəfər tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti