Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir İ.İzzət/
Şəmkir rayonu ərazisində su arxından 1 ədəd tank əleyhinə mina tapılıb.
Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Şəmkir rayon Polis Şöbəsi əməkdaşları tərəfindən şəhərin Qızıl Əsgər küçəsindəki su arxından 1 ədəd tank əleyhinə mina tapılıb.
Faktla bağlı araşdırma aparılır.