...

Azərbaycanda oğurluqla məşğul olan Gürcüstan vətəndaşları zərərsizləşdirilib

Hadisə Materials 8 Mart 2014 12:59 (UTC +04:00)
Azərbaycanda oğurluqla məşğul olan Gürcüstan vətəndaşları zərərsizləşdirilib.
Azərbaycanda oğurluqla məşğul olan Gürcüstan vətəndaşları zərərsizləşdirilib

Azərbaycan, Bakı, 8 mart /Trend, müxbir İ.İzzət/

Azərbaycanda oğurluqla məşğul olan Gürcüstan vətəndaşları zərərsizləşdirilib.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 5-də Şəbnəm Musayevanın mənzilindən qızıl əşyalar və bankomat kartı oğurlamış Gürcüstan vətəndaşları Məmmədəli Məmmədov, Estate Mikoladze və Georgi Gridalaşvili tutulublar.

Axtarış zamanı M.Məmmədovdan 3,832 qram tiryək, E.Mikoladzedən 0,439 qram, Georgi Gridalaşvilidən isə 0,570 qram heroin götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti