...

Masallıda və Xəzər dənizində zəlzələ olub

Hadisə Materials 15 Mart 2014 07:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 mart /Trend/

Masallıda zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası yanında Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, ilkin məlumatlara əsasən bu gün yerli vaxtla saat 06:21-də Lənkərandan 22 km şimal-qərbdə, Masallıda 24 km dərinlikdə zəlzələ qeydə alınıb.

4,2 maqnitudalı zəlzələ yaxın yaşayış məntəqələrində 3-4 bal gücündə hiss olunub.

Qeyd edək ki, bu gün həmçinin Xəzər dənizində zəlzələ olub.

İlkin məlumatlara əsasən yerli vaxtla saat 04:59-da Qubadan 42 km şimal-şərqdə, Xəzər dənizində 3 km dərinlikdə zəlzələ qeydə alınıb. 4 maqnitudalı zəlzələ yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti