...

Xalq artisti Ağasəlim Abdullayevin düşdüyü yol qəzası ilə bağlı bir nəfər şübhəli şəxs qismində tutulub

Hadisə Materials 16 Mart 2014 15:27 (UTC +04:00)
Xalq artisti Ağasəlim Abdullayevin düşdüyü yol qəzası ilə bağlı bir nəfər şübhəli şəxs qismində tutulub.
Xalq artisti Ağasəlim Abdullayevin düşdüyü yol qəzası ilə bağlı bir nəfər şübhəli şəxs qismində tutulub

Azərbaycan, Bakı, 16 mart /Trend/

Xalq artisti Ağasəlim Abdullayevin düşdüyü yol qəzası ilə bağlı bir nəfər şübhəli şəxs qismində tutulub.

Trend-in Bakı şəhər prokurorluğu və Baş Polis İdarəsinin birgə məlumatına istinadən verdiyi xəbərə görə, martın 15-də saat 00:30 radələrində Suraxanı rayonu, Zığ şossesidə Abdullayev Vüqar Ağasəlim oğlunun idarə etdiyi "VAZ 2106" markalı avtomobillə Mədətov Xalid Mübariz oğlunun idarə etdiyi "Mersedes-Benz G-55" markalı avtomobilin toqquşması nəticəsində "VAZ 2106"-da olan sərnişinlər 1959-cü il təvəllüdlü Briliyant Abdullayeva və 2008-ci il təvəllüdlü Ağasəlim Abdullayev hadisə yerində ölüb, 1950-ci il təvəllüdlü Ağasəlim Abdullayev və 1984-cü il təvəllüdlü Səadət Abdullayeva isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Surxanı rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Yol nəqliyyat hadisəsinin "Mersedes-Benz G-55" markalı avtomobilin sürücüsü Xalid Mədətov tərəfindən törədilməsinə kifayət qədər əsaslı şübhələr olduğundan o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Sürücü Xalid Mədətov narkoloji tibbi müayinədən keçirilərkən orta dərəcəli alkaqol sərxoşluğu vəziyyətində olması müəyyən edildiyindən cinayət işi Cinayət Məcəlləsinin 263-1.4-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsinə tovsif edilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti