Azərbaycan, Bakı, 21 mart /Trend, müxbir R.Hafizoğlu/
Ötən gün Türkiyənin Niğde vilayətində 2 polisi qətlə yetirmiş terrorçu qruplaşmanın 3 üzvü zərərsizləşdirilib.
Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, terrorçulardan ikisi dünən atışma nəticəsində öldürülmüşdü, üçüncüsü isə bu gün saxlanılıb.
Terrorçuların Türkiyəyə Suriyadan daxil olduğu bildirilir.
Zərərsizləşdirilən terrorçulardan biri Kosova, digəri Albaniya vətəndaşıdır. Üçüncünün şəxsiyyəti isə hələ müəyyən edilməyib.