Azərbaycan, Bakı, 22 mart /Trend, müxbir E.Mehdiyev/
Xaçmaz rayonunun Çarxı kəndi ərazisində bir nəfəri elektrik cərəyanı vurub.
Trend-in məlumatına görə, "Çarxı" dəmiryol stansiyası ərazisində yük qatarlarında konduktor vəzifəsində çalışan Şabran rayon, Xəlilli kənd sakini 1993-cü il təvəllüdlü Mahmudov Şəhriyar Məhəmməd oğlunu elektrik cərəyanı vurub. Ş.Məhəmməd hadisə yerində dünyasını dəyişib.
Faktla bağla araşdırma aparılır.