...

Bakıda mənzildə qadın köməksiz vəziyyətdə tapılıb

Hadisə Materials 13 Aprel 2014 21:17 (UTC +04:00)
Bakıda mənzildə qadın köməksiz vəziyyətdə tapılıb.
Bakıda mənzildə qadın köməksiz vəziyyətdə tapılıb

Azərbaycan, Bakı, 13 aprel /Trend/

Bakıda mənzildə qadın köməksiz vəziyyətdə tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1940-cı il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından keçərək daxil olublar. Mənzilə baxış keçirilərkən Botova Lidiya İvanovna döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanıb.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində L.İvanovna vəfat etdiyi müəyyən olunub. Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti