...

Bakıda mənzildə 2 qadın köməksiz vəziyyətdə tapılıb

Hadisə Materials 14 Aprel 2014 04:44 (UTC +04:00)
Bakıda mənzildə 2 qadın köməksiz vəziyyətdə tapılıb.
Bakıda mənzildə 2 qadın köməksiz vəziyyətdə tapılıb

Azərbaycan, Bakı, 14 aprel /Trend/

Bakıda mənzildə 2 qadın köməksiz vəziyyətdə tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1949-cu il təvəllüdlü və 1982-ci il təvəllüdlü 2 qadın köməksiz vəziyyətdə qalıblar.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxslər giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermirlər.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilin pəncərəsinə qalxaraq içəri daxil olub və giriş qapısını açıblar. Mənzilə baxış keçirilərkən sərxoş vəziyyətdə aşkarlanmış vətəndaşlar aidiyyəti üzrə təhvil veriliblər.

Xəbər lenti

Xəbər lenti