Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir İ.İzzət/
Kürdəmir şəhər sakini Möhkəm Rəhimovu qətlə yetirmiş Emin Zeynalov tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 20-də Kürdəmir şəhərinin ərazisində şəhər sakini Emin Zeynalov münaqişə zəminində həmyerlisi Möhkəm Rəhimova bıçaqla xəsarət yetirib. Xəstəxanaya yerləşdirilmiş M.Rəhimov orada ölüb.
Kürdəmir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Zeynalov tutulub.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.