...

Ağdaşda "KİA" markalı avtomobil dəmir köşkə çırpılıb, sürücü yaralanıb

Hadisə Materials 3 May 2014 01:26 (UTC +04:00)
Ağdaşda "KİA" markalı avtomobil dəmir köşkə çırpılıb, sürücü yaralanıb.
Ağdaşda "KİA" markalı avtomobil dəmir köşkə çırpılıb, sürücü yaralanıb

Azərbaycan, Bakı, 3 may /Trend/

Ağdaşda "KİA" markalı avtomobil dəmir köşkə çırpılıb, sürücü yaralanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Ağdaş rayonu, Qəsil kəndində vətəndaşa məxsus "KİA" markalı minik avtomobili yol kənarındakı dəmir köşkə çırpılıb.

Qəza nəticəsində avtomobilin mühərrik hissəsi yanıb. Avtomobilin sahibi müxtəlif bədən xəsərətləri alaraq yanğınsöndürənlər hadisə yerinə çatana kimi vətəndaşlar tərəfindən rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Yanğından avtomobilin qalan hissəsi mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti