...

Bakı sakinlərinin Şabranda törətdiyi yol qəzasında 1 nəfər ölüb, 5 nəfər yaralanıb

Hadisə Materials 12 May 2014 13:33 (UTC +04:00)
Şabran rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
Bakı sakinlərinin Şabranda törətdiyi yol qəzasında 1 nəfər ölüb, 5 nəfər yaralanıb

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir İ.İzzət/

Şabran rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 11-də saat 01 radələrində Şabran rayonunun Gəndob kəndinin ərazisində Bakı şəhər sakinləri Nəriman Hüseynovun idarə etdiyi "Mercedes" və Taib Hacımuradovun idarə etdiyi "Nissan" markalı avtomobillər toqquşub.

Nəticədə N.Hüseynov hadisə yerində ölüb, onun sərnişini - Cənub kənd sakini Səməd Cəfərov, habelə T.Hacımuradov və onun sərnişinləri - Quba rayon sakinləri Zülfiyyə Həsənova, Cəmil Həcənov və onun qardaşı Emil xəstəxanaya yerləşdiriliblər.

Faktla əlaqədar BDYPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti