...

Slavyanskda bir Ukrayna hərbçisi həlak olub, üçü yaralanıb

Hadisə Materials 19 May 2014 15:08 (UTC +04:00)
Bu gün səhər Donetsk vilayətinin Slavyansk şəhərində açılan atəş nəticəsində bir Ukrayna hərbçisi həlak olub, üç nəfər yaralanıb.
Slavyanskda bir Ukrayna hərbçisi həlak olub, üçü yaralanıb

Azərbaycan, Bakı, 19 may /Trend/

Bu gün səhər Donetsk vilayətinin Slavyansk şəhərində açılan atəş nəticəsində bir Ukrayna hərbçisi həlak olub, üç nəfər yaralanıb.

Trend-in UNN agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə "İnformasiya Müqaviməti" qrupunun üzvü, Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Dmitri Tımçuk öz "facebook" səhifəsində yazıb.

O, qeyd edib: "İnformasiya Müqaviməti" qrupunun operativ məlumatına görə, terrorçular Slavyansk yaxınlığında teleqüllənin yerləşdiyi ərazidə Ukraynanın güc strukturlarına minaatanlardan atəş açıblar. Nəticədə bir hərbçi ölüb, üçü yaralanıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti